Baş katib: "Avropa çempionatındakı rəqiblər "dişimizə görə"dir"

5 Aprel 02:20 Azərbaycan Futbolu 464
Baş katib: "Avropa çempionatındakı rəqiblər "dişimizə görə"dir"

"Rəqiblər "dişimizə görə"dir".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı rəqibləri barədə danışarkən deyib.

Federasiya rəsmisi püşkü qənaətbəxş hesab edib:

"Daha çətin qrupa düşə bilərdik. İkinci səbətdə Serbiya, Çexiya və Macarıstan kimi daha güclü yığmalar var idi. Amma bizə Fransa düşdü.

Bu kollektivlə ötən ilin mayında Bakıda təşkil etdiyimiz turnirdə qarşılaşmışdıq. Pley-offda 3:2 hesabı ilə qalib gəlmişdik.

Yaxşı və texnikalı komandadır. Ölkəmizdəki yarışa 1-2 əsas oyunçuları gələ bilməmişdi.

Son dünya çempionatında da yaxşı mübarizə aparmışdılar. 1/8 finala vəsiqə qazana bilməsələr də, mübariz komanda olduqlarını gördük.

Fərdi oyuna daha çox üstünlük verirlər. İtaliya ilə də ölkəmizdəki turnirdə oynamışdıq. Eyni qrupda idik və 2:0 hesabı ilə qalib gəlmişdik.

Onların oyunçularının əksəriyyətinin futzal karyerası var. Avstriya millisi barədə isə geniş məlumatım yoxdur".

O.Hüseynov Serbiya, Bolqarıstan və Gürcüstanın yer aldığı E qrupunu "ölüm qrupu" adlandırıb: "Onlar öz səbətlərində ən güclü yığmalardan biridir. Bizim qrupdan növbəti mərhələyə vəsiqə qazananlar oradakı 1-2-ci yerin sahibləri ilə üz-üzə gələcəklər".

Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU