COP29

“Zirə”ni Avropa Liqasında hansı rəqiblər gözləyir?

29 May 08:40 Azərbaycan Futbolu 823
“Zirə”ni Avropa Liqasında hansı rəqiblər gözləyir?

Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa kuboklarında Azərbaycanın daha üç təmsilçisi - sonuncu təmsilçiləri bəlli olub.

“Zirə” Avropa Liqasında, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında çıxış edəcək.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri hələ tam müəyyənləşməyib.

Amma “Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində hansı komandaların mümkün rəqibi olacağı Çempionlar Liqasının iyunun 1-də baş tutacaq “Real” - “Borussiya” (Dortmund) arasında keçiriləcək final matçının nəticəsindən asılıdır.

Artıq “Zirə”nin 6 potensial rəqibi bəllidir. Lakin “Borussiya” qalib gəlsə, bu say 4-ə enəcək.

Sportinfo.az haqqın.az-a istinadən xəbər verir ki, hazırda Avropa Liqasının 1-ci mərhələsi üçün 12 klubun yarışması nəzərdə tutulur. 4,025 xalı olan “Zirə” “səpələnməmişlər” səbətindədir.

Onun potensial rəqibləri “səpələnmişlər” səbətində yer alan “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş” (Macarıstan) ola bilər.

Amma “Borussiya” Çempionlar Liqasının final oyununda qalib gəlsə, vəziyyət dəyişəcək. Bu halda Avropa Liqasının təsnifat mərhələsinin püşkatmasında dəyişikliklər olacaq.

“Visla”, “Pafos”, “Pakş”, eləcə də “səpələnməmişlər” səbətində yer alan İsveçin “Elfsborq” klubları mübarizəyə 1-ci deyil, 2-ci təsnifat mərhələsindən başlamaq hüququ qazanacaqlar.

Bu halda 1-ci mərhələdə 8 komanda oynayacaq. Amma “Zirə” yenə də “səpələnməmişlər” səbətində qalacaq. Potensial rəqiblərin siyahısı iaə belə olacaq: “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan) və “Korvinul” (Rumıniya).

"Real"ın "Borussiya" üzərində qələbəsi isə "Zirə"nin potensial rəqib sayını 6-da saxlayacaq.

“Real” qarşıdakı matçda qalib gələrsə, Azərbaycan çempionu “Qarabağ”ı Çempionlar Liqasına 1-ci deyil, 2-ci mərhələdən mübarizəyə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"