"Vurmayana, vurarlar" prinsipi işə düşdü, uduzduq"

22 Noyabr 2022 16:50 Azərbaycan Futbolu 436
"Vurmayana, vurarlar" prinsipi işə düşdü, uduzduq"

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"a məğlub olan "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli oyundan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, bölgə klubunun çalışdırıcısı komandasının 0:1 hesablı məğlubiyyəti barədə bunları deyib:

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionat oyununda onları 3:1 məğlub etmişdik.

Ehtimal edirdik ki, "Turan Tovuz" bizimlə oyuna ciddi hazırlaşacaq. Komandamın hər iki hissədəki oyununu yaxşı dəyərləndirirəm.

Çoxsaylı qol imkanları yaratdıq, təəssüf ki, onları qola çevirə bilmədik. Həm hücum, həm müdafiədə yaxşı oynadıq.

Futbolda "vurmayana, vurarlar" prinsipi işə düşdü, nəticədə uduzduq. Ancaq biz önümüzə baxırıq.

Artıq növbəti oyunu düşünəcəyik. "Turan Tovuz"a gələcəkdə uğurlar arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı