“Rövnəq Abdullayev pullarını çəksə, ölkə futbolu batar”

28 Mart 2021 13:20 Azərbaycan Futbolu 1 072
“Rövnəq Abdullayev pullarını çəksə, ölkə futbolu batar”

“Dünya çempionatının seçmə oyunları arxada qaldı. Cənubi Qafqaz komandaları arasında bir tək Ermənistan zəif rəqibini 1:0 uddu,

Azərbaycan Portuqaliyaya, Gürcüstan isə İsveçə eyni hesabla – 1:0 məğlub oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözlər ReAL partiyasının funksioneri Natiq Cəgərliyə məxsusdur.

Cəfərli ölkə futbolunu şərh edərək, mövcud problemləri dilə gətirib. O deyir ki, Ermənistan yığmasının son oynuna 14 ligioner çağrılmışdı, ən məşhuru Romada oynayan Mixitaryandır.

“Rusiya, Qazaxstan, Almaniya və Avropanın digər ölkə çempionatlarında oynayanlar oyunçular da yığmaya dəvət almışdılar. Gürcüstan yığmasının da son oyununa 13 legioner dəvət almışdı, Türkiyədə, Rusiyada, hətta ABŞ-da oynayan futbolçuları var”.

Ekspert belə halların Azərbaycan yığmasında müşahidə olunmadığını bildirir. “Yığmanın son təlim-məşq toplantısına cəmi 1 legioner – Anatoliy Nuriyev çağrılmışdı, o da Ukraynanın çox da tanınmayan Minay klubunda top qovur. Bu klub 14 komandalıq Ukrayna çempionatında 13-cü yerdədir”.

Cəfərli fitbola rəhbərlik edənlərin səriştəsizliyindən də bəhs edib: “Azərbaycan futboluna rəhbərlik edənlər, o cümlədən “neftçi-futbolçu” Rövnəq Abdullayev uzun illərdir ki, ölkədə futbolun inkişaf strateqiyasını doğru qura bilmədilər.

Məktəb yaradılmadı, istedadlı uşaqların inkişafına diqqət ayrılmadı, ölkə çempionatında 8 komada oynayır, bunun azı 5-i AFFA-ya, yəni elə Rövnəq müəllimə bağlıdır.

Elə bil ki, müəllim öz komandalarını bir-biri ilə oynadıb kənardan azarkeşlik edir. Belə bir vəziyyətdə ölkədə futbol inkişaf edə bilməz.

Amma dərd budur ki, sabah Rövnəq müəllimin çirkli pulları, oliqrarx-məmurların sponsorluğu futboldan çəkilsə, çempionat çökər, iştirak etməyə komanda qalmaz – futbolu bax belə rəzil duruma salıblar”.

ReAL funksioneri sonda qeyd edib ki, belə bir sistemlə, məktəbsiz, uşaq futbolu olmayan sistemlə ölkədə futbol heç vaxt inkişaf edə bilməz.

“Bir tək Mixitaryanın qiymətinə (34 mln. avro) ölkə çempionatında iştirak edən bütün komandaları almaq olar, hələ bir artıq pul da qalar”.

Xəbər Lenti