Ailə tribunasında dava düşdü

11 Aprel 2018 17:00 Azarkeş 502
Ailə tribunasında dava düşdü

Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə “Liverpul” arasında keçirilən cavab qarşılaşmasında insident baş verib.

Sportinfo.az xəbər verir ki, “Etihad stadium”da fanatlar arasında dava düşüb.

Hadisə ailə tribunasında baş verib. “Liverpul” azarkeşləri komandalarının qələbəsini bayram edərkən “Siti” fanatları onlara hücum ediblər.

Hadisəyə polis müdaxilə edib. Xəsarət alanlar barədə məlumat verilmir. Polisin bir nəfəri həbs etdiyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti