"Kəpəz" nə qədər geri düşsə də, "Qarabağ"la "Neftçi"dən öndədi

3 Aprel 2018 10:24 Azarkeş 523
"Kəpəz" nə qədər geri düşsə də, "Qarabağ"la "Neftçi"dən öndədi

Premyer Liqanın 21-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

Sportinfo.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb.

Şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Zirə” oyununda (0:0) 5650 azarkeş qeydə alınıb. Turda ən az azarkeş isə “Qəbələ” - “Sumqayıt” qarşılaşmasında olub. Şəhər stadionunda “qırmızı-qaralar”ın “kimyaçılar”la qollu heç-heçəsini (1:1) cəmi 550 tamaşaçı izləyib.

Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Səbail” oyununda (2:0) 600, “Azərsun Arena”da baş tutmuş “Qarabağ” - “Keşlə” matçında (1:1) isə 1200 tamaşaçı qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 8000 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 2000 azarkeş deməkdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti