"Qarabağ" azarkeşləri Suraxanıda bir-birinin qanını tökdü

10 Mart 2018 19:36 Azarkeş 914
"Qarabağ" azarkeşləri Suraxanıda bir-birinin qanını tökdü

Premyer Liqanın 19-cu turunun bağlanış matçı olan “Qarabağ” - “Zirə” qarşılaşmasından öncə xoşagəlməz olay yaşanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun azarkeşləri bir-birinin qanını töküb.

2 azarkeş qrupunun (onlardan biri “İmarət”di) üzvləri arasında söz atışması davaya çevrilib. Belədə azarkeşlərdən biri digər qrupun bir dəstə fanatı tərəfindən vəhşicəsinə döyülüb.

Əməkdaşımızın şahid olduğu hadisəyə polis müdaxilə edib. Amma onlar döyənləri yox, qaşı partlayan, al qan içində olan azarkeşi maşına oturdaraq arenadan uzaqlaşdırıb. (Futbolinfo.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti