Premyer Liqada mövsümün ikinci yarısının yeni rekordu qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Gəncədə keçirilən “Kəpəz” – “Səbail” matçını (2:1) 5332 tamaşaçı izləyib.
Bu göstərici 2018-ci il üçün ən yüksək rəqəmdi. Bunadək baş tutan üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Buna XV turun “Neftçi” – “Kəpəz” və XVII turun “Keşlə” – “Sumqayıt” matçlarında təsadüf olunmuşdu.
Hesabat turunda isə təkcə Gəncədəki matçı deyil, “Qəbələ” – “Neftçi” qarşılaşmasını da daha çox – 3000 seyirçi izləyib. Mövsümün rekordu isə XI turun “Kəpəz” – “Qarabağ” matçına məxsusdu – 13300 tamaşaçı.

