Premyer Liqanın 17-ci turunu stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.
Sportinfo.az xəbər verir ki, turda ən çox tamaşaçı “İnter Arena”da qeydə alınıb.
Burda keçirilmiş “Keşlə” - “Sumqayıt” oyununu (1:2) 2000 azarkeş izləyib. Ən az tamaşaçı isə “Neftçi” - “Zirə” (1:1) və “Səbail” - “Qəbələ” (2:1) oyunlarında qeydə alınıb. Həm 8-ci km stadionunda, həm də “Bayıl Arena”da keçirilən oyunu 500 azarkeş izləyib.
“Azərsun Arena”da keçirilmiş “Qarabağ” - “Kəpəz” oyununda (1:0) 1488 tamaşaçı qeydə alınıb. Ümumilikdə, turun 4 oyununu cəmi 4488 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1122 tamaşaçı deməkdi.

