Avropa Liqasının 1/8 finalının cavab qarşılaşmasında - “Atletik” - “Spartak” oyununda insident yaşanıb.
Sportinfo.az xəbər verir ki, “San-Mames” stadionunun meydanında ruslarla ispanlar arasında kütləvi dava-dalaş olub.
Dava-dalaşı yatırmaq istəyən polislərdən biri xəsarət alıb. Onu təcili olaraq xəstəxanaya çatdırıblar. Ancaq həkimlər polisin həyatını xilas edə bilməyiblər.
Məlumata görə, dava-dalaşın iştirakçısı olan 5 fanat saxlanılıb. Fanatlar arasındakı qarşıdurma oyunun başlamasına təxminən bir saat qalmış baş verib.

