Gələk Sumqayıta. Penalti qazanan Tural Axundov məsələsinə.
Adam «dejurnı» penalti qazanandır bizlə hər iki oyunda. Bu adam özü ayağını ilişdirib oyunçumuza.
Keçən oyunda da İqnasio Errera ayağını heç irəli uzatmamışdı.
Bu adam ayaqlarını geniş götürür və ilişir bizim oyunçuya - budəfəki oyunumuzda Anton Krivotsyuku da elə tələyə saldı.
Müasir futbolda simulyasiya tələlər adi haldı. Adam öz işini görür – aktyorluq edir. Düzdü, müsahibədə bunu inkar etməsi şəxsi keyfiyyətlərini də göstərdi.
Problem bizlərin - futbol şərhçilərinin və ən başlıcası da, hakimlərin belə «təkər»ə düşməsidi.
Ramin Musayev cici-bacı oynamaqdansa, hakmlərinə bir az ağıl versin - Tural ələ salıb bunları.
Bəlkə də bilə-bilə «cəzalandıracam» demişdi.
Vüqar Arıqlar / "Neftçi" azarkeşi

