MOİK-in azarkeşi Serbiyanın paytaxtı Belqradda "Srvena Zvezda" ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunundan əvvəl dünyasını dəyişib.
Sportinfo.az xəbər verir ki, şəxsiyyəti hələlik müəyyənləşməyən fanat ürək tutmasından keçinib.
Hadisənin hər hansı toqquşma ilə əlaqədar olmadığı bildirilir. Bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək "Srvena Zvezda" - MOİK matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü fevralın 21-də Moskvadakı "MOİK Arena"da olacaq.

