Ukraynanın gənclər və idman naziri İqor Jdanov azarkeşlərə müraciət edib.
Sportinfo.az xəbər verir ki, Jdanov DÇ-2018-lə bağlı danışıb.
O, fanatlara müraciət edərək, onları Rusiyaya getməməyə çağırıb: “İki il əvvəl dünya çempionatının təşkilatçılıq hüququ Rusiyadan alına bilərdi.
FİFA-nın sabiq rəhbərlərinə qarşı məhkəmə prosesi başlayanda, bunun baş verəcəyini güman edirdim. Artıq bu kampaniya sakitləşib, DÇ-nin başlamasına az qalıb.
Hesab edirəm ki, bu məsələ gündəlikdən çıxarılıb. Biz milli maraqlarımızdan çıxış edərək, mundialın Rusiyada keçirilməməsi üçün çox səy göstərdik. Amma bizim imkanlarımız məhdud idi.
Azarkeşlərimizə müraciət edirəm ki, Rusiyaya getməsinlər. Hesab edirəm ki, daxili işlər nazirliyi ilə birgə bu məsələ ilə bağlı bəyanat yaya bilərik”.

