Ölkə çempionatının 15-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq "Kəpəz" azarkeşlərə jest edib.
Sportinfo.az xəbər verir ki, rəhbərlik "Kəpəz"sevərlərə avtobus ayırıb.
Oyun zamanı komandasına yaxından dəstək vermək istəyənlər bu imkana sahib olacaq. Fevralın 11-də "Bakcell Arena"da baş tutacaq matçın start fiti saat 17.30-da səsləndiriləcək.

