Premyer Liqa tarixində əla göstərici -81 min 978 nəfər

1 Fevral 2018 20:12 Azarkeş 519
Premyer Liqa tarixində əla göstərici -81 min 978 nəfər

İngiltərə Premyer Liqasının 25-ci turunda Londonun "Uembli" stadionunda keçirilən "Tottenhem" və "Mançester Yunayted" matçı tribunalara 81 min 978 azarkeş toplayıb.

Sportinfo.az xəbər verir ki, bu göstərici 1992-ci ildə yaradılmış Premyer Liqa tarixində rekord göstərici hesab edilib.

Əvvəlki rekord da "Tottenhem"in Britaniyanın əsas arenasındakı ev oyununda qeydə alınıb. Ötən ilin oktyabrında 7-ci turun "Liverpul" ilə keçirilən matçını (4:1) 80 min 827 azarkeş canlı izləyib. Oyuna gəldikdə isə, ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti