Toqquşma zamanı kürək, əl və baldırından bıçaq yaraları aldı

18 Yanvar 2018 11:24 Azarkeş 478
Toqquşma zamanı kürək, əl və baldırından bıçaq yaraları aldı

Madrid "Atletiko"sunun azarkeşi "Sevilya" ilə İspaniya Kubokunun ilk 1/4 final matçından əvvəl bıçaqlanıb.

Sportinfo.az xəbər verir ki, "Report"un məlumatına görə, insident oyunun keçirildiyi "Metropolitano" stadionu yaxınlığında baş verib.

22 yaşlı azarkeş rəqib komanda fanatları ilə toqquşma zamanı kürək, əl və baldırından bıçaq yaraları alıb. Bildirilir ki, onun kürəyindəki yara dərindi və daxili orqanlarını zədələyə bilər.

Hadisənin təfərrüatları araşdırılır. Oyun "Atletiko"nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cavab görüşü yanvarın 23-də Sevilyada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti