Ən çox “Qarabağ” və “Sabah”ın payına düşdü

02:00 Azarkeş 76
Ən çox “Qarabağ” və “Sabah”ın payına düşdü

Misli Premyer Liqasının 28-ci turunda keçirilən qarşılaşmaları stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, altı matçda ümumilikdə 23738 tamaşaçı qeydə alınıb.

Ən çox tamaşaçı “Qarabağ” - “Sabah” matçında qeydə alınıb. Bu oyunu tribunadan 17 338 nəfər izləyib.

Digər görüşlərə gəlincə, “Karvan-Yevlax” - “Şamaxı” qarşılaşmasına 3000, “Zirə” - “Neftçi” və “Sumqayıt” - “Qəbələ” matçlarının hər birinə 1200, “Araz-Naxçıvan” - “Turan Tovuz” və “Kəpəz” - “İmişli” oyunlarının hərəsinə isə 500 tamaşaçı gəlib.

Misli Premyer Liqasında 29-cu turun oyunlarına aprelin 25-də start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi