"Sumqayıt"ın qış fasiəsinə neçənci pillədə yollanacağı ilə bağlı klubun rəsmi saytında azarkeşlər arasında sorğu keçirilib.
Sportinfo.az xəbər verir ki, səsvermədə iştirak edən fanatların fikirləri nəticəyə uyğun olub.
Beləliklə, "Sumqayıt" 2017/2018 mövsümünün ilk iki dövrəsini neçə xalla başa vuracaq? " sualına respondentlərin 65,52 faizi komandanın qış fasiləsinə 4-cü pillədə yollanacağını qeyd edib.
Sorğuda iştirak edən 261 nəfərin 171-i məhz bu cavabı qeydə alıb. Sorğu qış fasiləsinə 5 tur qalmış azarkeşlərə təqdim olunub.

