Azərbaycanlı azarkeşlər tribuna dostlarını hərbi xidmətə belə yola saldı - VİDEO

1 İyul 2022 23:40 Azarkeş 626
Azərbaycanlı azarkeşlər tribuna dostlarını hərbi xidmətə belə yola saldı - VİDEO

“Sabah”ın əsas azarkeş gücü sirr deyil ki, yeni yaradılmış “Soldati Di Sabah” fanat qrupudur.

Demək olar universitet tələbələrindən cəm olmuş qrupun sıraları hər keçən gün böyüməkdədir.

Bunu son mövsüm komandanın ev-səfər matçlarında görməmək mümkün deyildi.

Tribunanın, “Sabah” sevgisinin bir araya gətirdiyi kifayət qədər aktiv və enerjili gənclər qısa müddətdə öz aralarında bir ailə mühiti qura biliblər.

Əbəs deyil ki, fanatlar təkcə tribunada deyil, həm də gündəlik həyatlarında bir-birilərinin yanındadılar.

Sonuncu belə birlik bir neçə gün əvvəl azrkeş qrupunun fəal üzvlərindən sayılan, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin məzunu olan Cilovxan Ağayev hərbi xidmətə yollanarkən yaşanıb.

Belə ki, tribuna dostları bir araya gələrək Cilovxanı evlərindən böyük coşğu və atəşfəşanlıqla vətənə xidmət üçün yola salıblar. Maraqlı görüntülərə səhnə olan anları sizə təqdim edirik.

XANOĞLAN /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti