“Qarabağ”la “Zirə”nin diqqətinə - Bu məbləği ödəməlidirlər

11 May 2022 16:40 Azarkeş 1 004
“Qarabağ”la “Zirə”nin diqqətinə - Bu məbləği ödəməlidirlər

Azərbaycan kubokunun finalını canlı izləmək istəyənlər əlini cibinə salmalı olacaq.

Artıq bununla bağlı yarışın təşkilatçısı Peşəkar Futbol Liqasında müzakirə aparılıb və qərar verilib.

Belə ki, “Qarabağ” – “Zirə” qarşılaşması zamanı Qəbələdəki stadionda yer almaq həvəsinə düşənlər 2-10 manatından keçməlidir. Biletlər yerə uyğun olaraq bu rəqəmlər arasında dəyişəcək.

Biletlər, “Qarabağ”, “Zirə”, həmçinin neytral azarkeşlər arasında bərabər paylanacaq.

Azərbaycan kubokunun final matçı mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?