“Qarabağ” “Kayrat”ın azarkeşləri üçün nə etdi? - AÇIQLAMA

19 Oktyabr 2021 19:20 Azarkeş 1 218
“Qarabağ” “Kayrat”ın azarkeşləri üçün nə etdi? - AÇIQLAMA

“Kayrat”ın Bakı planı məlumdur.

“Qarabağ”ın rəqibi Bakıya oktyabrın 20-də təşrif buyuracaq və elə həmin axşam matçın keçiriləcəyi stadionda baş məşqçi Qurban Berdıyevin mətbuat konfransı baş tutacaq, ardınca komandanın məşqi başlayacaq.

Heç şübhəsiz, “sarı-qaralar” Bakıda dəstəksiz qalmayacaq. “

Kayrat”ın ölkəsində kifayət qədər sevildiyini, Qazaxıstanla Azərbaycan arasındakı məsafənin çox olmadığını nəzərə alsaq, Almatıdan paytaxtımıza bir neçə jurnalist və azarkeşin səfər edəcəyi gözləniləndir.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadədən maraqlandıq. Klub rəsmisi Sportinfo.az-a bunları dedi:

“UEFA-nın tələblərinə əsasən heç bir komanda özü ilə eyni təyyarədə azarkeş və ya jurnalist apara bilməz.

Ola bilsin, öz istəkləri ilə gələn azarkeşləri oldu. Onlar üçün 28-ci sektoru ayırmışıq. O cümlədən, jurnalistlər”.

“Qarabağ” – “Kayrat” qarşılaşması oktyabrın 21-i, saat 20.45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti