Yenə “Neftçi”yə çatmadılar

3 İyun 2025 08:40 Azarkeş 2 697
Yenə “Neftçi”yə çatmadılar

Azərbaycan kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.

Kubokun 2023/24 və 2024/25 mövsümlərində bu qədər izləyici qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

“Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar