Premyer Liqada daha bir klub baş məşqçisini istefaya göndərir? - SON ANDA

20 Oktyabr 2025 20:40 Gündəm 3 938
Premyer Liqada daha bir klub baş məşqçisini istefaya göndərir? - SON ANDA

Premyer Liqada növbəti baş məşqçi istefası «Karvan»da gerçəkləşə bilər.

Adil Şükürova qapını göstərən «Kəpəz»dən sonra Yevlax təmsilçisi də Azər Həşimovla vidalaşmağın biraddımlığındadır.

13 il sonra elita səhnəsinə dönmüş klubun rəhbərliyinin onun fəaliyyətindən narazı olduğu deyilir. Futbolçuların da gənc çalışdırıcının işini bəyənməməsi barədə xəbərlər dolaşır.

Böyük ehtimalla, yaxın günlərdə bütün bu söz-söhbətlərə aydınlıq gələcək. Komandadaxili iclasın keçiriləcəyi gözlənilir.

«Karvan» ilk səkkiz turda 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”