Nəhayət, UEFA təsdiqlədi: AVRO-2020 təxirə salınır!

14 Mart 2020 22:20 AÇ-2020 1 241
Nəhayət, UEFA təsdiqlədi: AVRO-2020 təxirə salınır!

Hazırda UEFA AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışır.

Sportinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmisi Evelina Kristillin açıqlama verib.

Daha əvvəl "L Equipe" nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazıb. Rəsmi qərar martın 17-də qəbul olunacaq.

AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti