Koronavirus və artan gəlirlər

14 Mart 2020 15:18 AÇ-2020 796
Koronavirus və artan gəlirlər

UEFA-nın Amsterdamda keçirilən konqresi bir sıra maraqlı məqamları ilə diqqət çəkib.

İlk növbədə dünyanı lərzəyə gətirmiş koronavirus (COVID-19) epidemiyasının Avro-2020-yə (12 iyun-12 iyul) mümkün təsirləri gündəmdə olub.

Çempionatın Bakının da ev sahiblərindən biri olduğu 12 şəhərdə (London, Roma, Münxen, Sankt-Peterburq, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam) keçirilməsi bu səbəbdən daha çox diqqət çəkir.

Çünki hər ölkədə bununla bağlı vəziyyət fərqlidir. UEFA prezidenti Aleksander Çeferin əmindir ki, yaya qədər problem həllini tapacaq və bədbinliyə qapılmağa əsas yoxdur.

UEFA koronavirus epidemiyasının AVRO-2020-yə təsiri ilə əlaqədar təcili iclas keçirib. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, UEFA virusa yoluxmuş xəstələrə kömək etmək üçün lazımi tibbi imkanlara sahib olan ölkələrin oyunlara ev sahibliyi edə biləcəyini düşünür.

Açıqlamada turniri təxirə salmaq və ya oyunları azarkeşsiz keçirmək gündəmdə olmadığı bildirilib. Qurum nümayəndələri Avropa çempionatı matçlarına ev sahibliyi edəcək ölkələrin hökumətləri ilə əlaqə quraraq, yarışın baş tutması üçün bütün lazımi tədbirlərin görülməsini xahiş edir. Əgər təşkilatçılardan biri qarşılaşmaları qəbul edə bilmədiyi təqdirdə, oyunların bir hissəsi başqa ölkədə keçiriləcək.

UEFA həmçinin yarışın 2021-ci ilə təxirə salınması üçün bəzi federasiyaların onlara müraciət etməsi ilə bağlı xəbərləri təkzib edib. Turnirin təxirə salınması və ya ləğvi ilə bağlı hər hansı müraciət olmadığı açıqlanıb.

Türkiyə AVRO-2020-yə ev sahibliyi edəcək ölkələrdən biri ola bilər. Bu barədə İtaliyanın "La Repubblica" nəşri məlumat yayıb. Koronavirusun sürətlə yayıldığı İtaliyadan ev sahibliyinin alınaraq Türkiyəyə verilməsi mümkündür.

Bununla yanaşı, Avropa çempionatının gələn ilin yayında oynanılmasının mümkün olmayacağı iddia edilib. Çünki həmin ərəfədə (17 iyun -4 iyul) FİFA klublararası dünya çempionatı keçirilir.

Ancaq Avropa çempionatının 2022-ci ildə keçirilə biləcəyinə ehtimal var. Belə ki, Qətərdə oynanılacaq dünya çempionatının qışda olacağını nəzərə alsaq, yarış həmin ilin yayında baş tuta bilə

Ötən ilin dekabrında Cinin Uhan şəhərində törəyib yayılmağa başlamış təhlükəli virus 70-dən artıq ölkəyə sıçrayıb. Üstəlik, İtaliya bu xüsusda qitənin ən təhlükəli ölkələri sırasında yer alır. Hətta ölkə çümpionatı və büynəlxalq oyunlar boş tribunalar önündə keçirilir. Buna rəğmən UEFA bu barədə qərarını gözləyərək, may ayında verəcək.

Heç bir dəyişiklik olmayacağı təqdirdə, UEFA Avropa çempionatından 3 milyard avro gəlir götürəcəyini açıqlayıb və bunun tən yarısı media hüquqların satışından olacaq. Turnirin 180 ölkədə yayımlanması nəzərdə tutulub və oyunları 5 milyard insanın teleekranlardan izləməsi gözlənilir.

Ümumən, 2020/21-ci illər mövsümündən UEFA 4 milyard avro gəlir götürməyi planlaşdırır. Bu məbləğin 3.2 milyardı klublar arasında bölünəcək.

Müqayisə üçün deyək ki, UEFA 2018-19-cu illər mövsümündə 3.8 milyard avro qazanmışdı və bu, bir əvvəlki mövsümdən 1.06 milyard avro çoxdur.

Onun 3.09 milyardı müxtəlif yaş dərəcələrində milli komandalara və klublara paylanmışdı. Yeri gəlmişkən, bu paydan “Liverpul” Çempionlar Liqasının qalibi kimi 111.1 milyona sahib çıxmışdı.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı