Avro-2020 təxirə salınacaq - 99,99 faiz 

12 Mart 2020 13:54 AÇ-2020 839
Avro-2020 təxirə salınacaq - 99,99 faiz 

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı epidemiya elan edib.

Sportinfo.az xəbər verir ki, virusun bütün dünyada sürətlə yayılması idman yarışlarına ciddi təsir edib.

Artıq Avropa çempionatının da təxirə salınacağı bildirilir.

Rusiya Dövlət Dumasındakı mənbənin jurnalist Murad Latipova verdiyi məlumata görə, Avro-2020 99,99 faiz təxirə salınacaq. Dumadakı mənbə Rusiya çempionatı ilə bağlı qərar qəbul edilmədiyini bildirib. Amma Rusiya çempionatının da, böyük ehtimalla, təxirə salınacağını vurğulayıb.

AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq.

Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!