UEFA azərbaycanlıların ürəyinə su səpdi

11 Mart 2020 09:14 AÇ-2020 829
UEFA azərbaycanlıların ürəyinə su səpdi

Sportinfo.az xəbər verir ki, UEFA AÇ-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Qurumdan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün səbəb yoxdur:

"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur".

AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq.

Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də Türkiyə - İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti