"Vəziyyəti düzgün dəyərləndirsəz, təşvişə düşməzsiz”

7 Mart 2020 12:30 AÇ-2020 1 149
"Vəziyyəti düzgün dəyərləndirsəz, təşvişə düşməzsiz”

“Koronavirus ciddi problem, həll etməli olduğumuz situasiyalardan biridir”.

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin koronavirus infeksiyasının yayda keçiriləcək Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri qitə birinciliyinin planlaşdırıldığı kimi keçiriləcəyini düşünür: “Mən məsələyə müsbət tərəfdən baxıram. AVRO-2020-nin startı verilməmiş vəziyyəti nəzarət altına götürəcəyik, bundan narahat deyiləm.

Oyunların azarkeşsiz keçirilib-keçirilməməsi məsələsi barədə heç düşünmək də istəmirəm. Çünki hər şeyin planlaşdırıldığı kimi keçəcəyinə əminəm. Vəziyyəti düzgün dəyərləndirsəniz, təşvişə düşməzsiniz”.

AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. Turnir çərçivəsində qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir matçı Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”