"Harada təhlükə varsa, oradan uzaq durmalıyıq”

6 Mart 00:52 AÇ-2020 218
"Harada təhlükə varsa, oradan uzaq durmalıyıq”

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir dünyanın bir neçə ölkəsində yayılmış koronavirusun Avropa çempionatına mümkün təsirinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qurum rəhbərini ən çox AVRO-2020-nin açılış matçına çıxacaqları İtaliyada virusun sürətlə yayılması narahat edir.

Özdəmir milli üzvlərinin, eyni zamanda azarkeşlərinin virus aşkarlanan ölkələrdən uzaq durmalarının vacibliyini vurğulayıb. Bu mənada o, açılış oyununu İtaliyada keçirmək istəmədiklərinə işarə vurub:

“Ötən həftə İtaliyada bir neçə oyun keçirilmədi. Bəzi matçların isə azarkeşsiz oynanılması qərara alınıb. AVRO-2020-nin təxirə salınıb-salınmaması müzakirə mövzusudur.

Bu, təkcə Türkiyəyə təsir edən problem deyil. Məsələn, İrana səfərlərimiz tamamilə dayandırılıb. Makedoniyada da belə bir problem yaşanıb. Harada təhlükə varsa, oradan uzaq durmalıyıq”.

AVRO-2020-nin A qrupunda qərarlaşan Türkiyə yığması ilk görüşünü iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək. “Ay-ulduzlular” iyunun 17-də Uelslə, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?