İki Avpropa nəhənginin adamları Bakıda - YOXLAMAĞA GƏLDİLƏR

2 Mart 2020 12:02 AÇ-2020 803
İki Avpropa nəhənginin adamları Bakıda - YOXLAMAĞA GƏLDİLƏR

Sportinfo.az xəbər verir ki, AVRO-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıda səfərdədir.

Almaniya milli komandasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Grimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin paytaxtımızdakı otellərə baxış keçiriblər.

Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, AVRO-2020 barədə fikir mübadiləsi aparıblar.

Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.

AVRO-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti