Bakı “üçlük”də - AVRO-2020

1 Mart 2020 23:30 AÇ-2020 735
Bakı “üçlük”də - AVRO-2020

AVRO-2020-ni qəbul edəcək şəhərlər arasında ən çox diqqət çəkən 3 yerdən biri Bakıdır.

Sportinfo.az xəbər verir ki, turistlərin maraq dairəsində olan şəhərlərlə bağlı aparılan araşdırma nəticəsində Bakı, Buxarest və Bilbaonu gəzmək istəyənlərin sayının daha çox olduğu müəyyənləşib.

Futbolsevərlərin internet saytlarında bu 3 şəhərin müxtəlif əraziləri, məskunlaşmaq üçün məkanları ilə bağlı axtarışı ötən illə müqayisədə 150 faiz artıb. Ümumilikdə turnirin ev sahibi ölkələrində məkan axtarışlarında ötən illə müqayisədə 43 faiz artım müşayiət edilib.

Avropa çempionatı vaxtı xaricə çıxmağa ən çox meyilli olan ölkə vətəndaşları isə fransızlardır. Fransa əhalisinin yarıdan çoxu həmin ərəfədə digər ölkələri gəzmək arzusundadır.

Onlarla yanaşı, AVRO-2020 həyəcanını fərqli ölkələrdə yaşamaq istəyənlər arasında ingilislər, ruslar və almanlar da çoxluq təşkil edirlər.

Avropa çempionatında A qrupunun 3 oyunu (13 iyun: Uels – İsveçrə, 17 iyun: Türkiyə - Uels, 21 iyun: İsveçrə - Türkiyə) Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti