Uels nümayəndə heyəti Azərbaycana gəldi

9 Dekabr 2019 18:20 AÇ-2020 884
Uels nümayəndə heyəti Azərbaycana gəldi

AÇ-2020-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan və qitə birinciliyinə 2-ci kimi yollanan, final mərhələsində iki görüşünü məhz paytaxtımızda keçirəcək Uels nümayəndə heyəti Azərbaycana təşrif buyurub.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Britaniya mətbuatı yayıb.

Bildirilir ki, iyunun 13-də İsveçrə, 4 gün sonra isə türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti