“Orxus” - Azərbaycan klublarından yalnız “Sumqayıt” üçün

30 İyul 2020 12:44 Avropa Liqası 1 265
“Orxus” - Azərbaycan klublarından yalnız “Sumqayıt” üçün

Avropa Liqasının I təsnifat mərhələsində iştirak edəcək daha bir komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Danimarkadan “Orxus”dur.

5 qat ölkə çempionu Superliqanın Avropa Liqası üçün pley-off turnirinin qalibi olub. “Orxus” həledici görüşdə “Odense”yə 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbə çempionatı bürünc mükafatla başa vuran komandanı Avropa Liqasına daşıyıb. Orxus şəhərini təmsil edən komanda qitənin ikinci dərəcəli klub turnirinə başlayacağı I təsnifat mərhələsinin püşkü zamanı səpələnmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, “Orxus” Azərbaycan klublarından yalnız “Sumqayıt”ın potensial rəqibi sayılır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!