Azərbaycan Avroliqada 3 deyil, 2 komanda ilə təmsil oluna bilər.

12 May 2020 12:58 Avropa Liqası 875
Azərbaycan Avroliqada 3 deyil, 2 komanda ilə təmsil oluna bilər.

Sportinfo.az xəbər verir ki, 2020/21 mövsümündə Azərbaycan Avropa Liqasında 3 deyil, 2 komanda ilə təmsil oluna bilər.

Qol.az-ın əldə etdiyi xəbərə görə, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranacaq sıxlığı nəzərə alan UEFA Avropa Liqasında təsnifat mərhələlərini qısaltmaq haqda da düşünür.

Bu halda Azərbaycan da daxil olmaqla yarışa təsnifat mərhələlərindən başlayan ölkələrin komanda sayı ixtisar ediləcək. Əgər qərar qəbul edilsə, Azərbaycanın Avroliqaya 3 yox, 2 komanda ilə qatılacaq.

Hazırda UEFA-nın milli federasiyalarla apardığı müzakirələrdə bu variant da təklif edilib. Həmin variant isə yalnız növbəti bir mövsümə aiddir.

Çempionlar Liqasının təsnifat mərhələsinin ləğvi ilə bağlı xarici KİV-lərin yaydığı xəbərlər isə UEFA tərəfindən təkzib edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"