Bakıya gələn Avropa klubuna pivə, kürü və göbək rəqsi təklif olundu - MARAQLI FOTOLAR

26 Aprel 2020 14:20 Avropa Liqası 1 887
Bakıya gələn Avropa klubuna pivə, kürü və göbək rəqsi təklif olundu - MARAQLI FOTOLAR

1996-cı ildə Azərbaycan təmsilçisi "Xəzri" ilə UEFA Kubokunun ilkin təsnifat mərhələsinin cavab görüşünə gəldikləri vaxt "Qutnik"in futbolçularını Bakıda Çexiya pivəsi, kürü və göbək rəqsləri oynayan qızlar gözləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Gazeta Krakowska"da dərc olunmuş yazıda bildirilir.

Məqalədə qeyd olunur ki, Krakovdakı ilk qarşılaşmada 9:0 hesablı qələbə növbəti mərhələ üçün heç bir şübhə yeri qoymayıb. Hərçənd, 28-ci dəqiqəyədək hesab 0:0, 64-cü dəqiqəyədək isə 2:0 olub.

Sonradan "Qutnik" ardıcıl qollar vurmağa başlayıb. 8-ci qolun müəllifi rusiyalı qapıçı Sergey Şipovski olub. O, penaltini dəqiq yerinə yetirib. İlk qolu isə Mussa Yahaya vurub. Yahaya sponsorun "Philips" markalı televizoru ilə mükafatlandırılıb.

Böyük hesablı qələbəyə rəğmən, "Qutnik" Bakıya narahat vəziyyətdə gəlib. Rəqib Azərbaycan paytaxtında necə qarşılanacağından ehtiyatlanıb. Lakin Şipovski komanda yoldaşlarını əmin edib ki, qonaqpərvər ölkəyə gedirlər. O, səhvə yol verməyib.

Məqalədə bildirilir ki, "Qutnik" Bakıda 10 mərtəbəli otelin 6-cı və ya 7-ci mərtəbəsində qalıb. Bir neçə mərtəbə aşağıda isə eskort agentliyi fəaliyyət göstərib.

Məşqçi Mixal Krolikovskinin sözlərinə görə, lift həmin mərtəbədə dayandıqda agentliyin əməkdaşlarından biri öz xidmətlərini təklif edib.

Tofiq Bəhramov adına Respublika stadionunda isti hava şəraitində keçirilmiş görüşdə "Xəzri" Krakovdakı qarşılaşma ilə müqayisədə daha yaxşı çıxış edib. Buzovna komandası Əfqan Talıbov və Paşa Əliyevin qolları ilə iki dəfə hesabda önə çıxsa da, oyunun sonlarında Yahaya yekun nəticəni müəyyənləşdirib - 2:2.

"Qutnik" daha sonra Çexiya "Siqma"sını da mübarizədən kənarlaşdırsa da, "Monako" ilə bacarmayıb. "Knyazlıq klubu" UEFA Kubokunda yarımfinaladək irəliləyib və finala gedən yolda turnirin qalibi olacaq İtaliya "İnter"inə iki oyunun nəticəsində uduzub - 1:3, 1:0.

Hazırda "Qutnik" Polşanın III Liqasında çıxış edir, "Xəzri" isə 1997-ci ildə dağılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!