
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsindəki "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.
Sportinfo.az xəbər verir ki, fanatlar martın 19-da Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər.
Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.
Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq.