
"Qarabağ"ın Avropa Liqasında qrup mərhələsindəki rəqiblərindən olan "Hekken" İsveç çempionatında son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, adıçəkilən klub daxili çempionatdakı axırıncı görüşündə "Brommapoykarna" ilə üz-üzə gəlib.
"Qarabağ"ın rəqibi bu matçda 1:2 hesabı ilə uduzub. "Hekken" mövsümü 57 xalla üçüncü pillədə başa vurub.
"Qarabağ" - "Hekken" matçı dekabrın 14-də Bakıda keçiriləcək.