UEFA oyunların keçirilməməsinə qərar verdi - İsraildə

20 Oktyabr 2023 00:20 Dünya futbolu 794
UEFA oyunların keçirilməməsinə qərar verdi - İsraildə

UEFA İsrail komandalarının beynəlxalq oyunları ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İcraiyyə Komitəsi növbəti bildirişə qədər bu ölkədə UEFA yarışlarının keçirilməməsini məqsədəuyğun sayıb.

Beləliklə, oktyabrın 26-da keçirilməsi planlaşdırılan UEFA Avropa Liqasının “Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa) görüşü dekabrın 6-da, UEFA Konfrans Liqasının “Makkabi” (Təl-Əviv) – “Zarya” (Ukrayna) matçı noyabrın 25-də təşkil olunacaq.

Hayfa təmsilçisinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib. Onları Çexiyanın “Sparta” (Praqa) klubunun müvafiq yaş qrupundan ibarət komandası əvəzləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti