Qurban Qurbanova aid bu suala kim cavab verə bilər? - VİDEO

23 Yanvar 11:40 Avropa Liqası 1 061
Qurban Qurbanova aid bu suala kim cavab verə bilər? - VİDEO

Qarabağ” sürətli əks hücuma çıxa bilən rəqiblə üz-üzə gələcək.

Rumıniya təmsilçisi hücumda 5-6 nəfərə kimi çoxala bilir.

Tək problemləri müdafiənin mərkəzinin dəyişilməz isimlərindən olan Oktavian Popeskunun zədəli olmasıdır. Bu profil topu oyuna daxil etmədə çox önəmli işlər görür.

Hücum fazasında isə Olarunun olmaması onlar üçün mənfi hal sayıla bilər. “Qarabağ”da isə Olavio Juninyo kimi futbolçu komandadan ayrılıb.

Qurban Qurbanov hücum xəttində kimə yer verəcək ? Çətin sualdır. Unutmayaq ki, “Qarabağ” asan qol buraxmayan bir komandaya qarşı oynayacaq.

Bunun üçün topa daha çox sahib olmağa çalışılmalıdır.

Təxminin 60 metrlik zonada kompakt müdafiə olunan, toplu oyunda sürətli əks-hücumu düşünən FCSB-yə qarşı diqqətli oynamaq mütləqdir”.

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist bu gün Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “FCSB” qarşılaşması barədə danışıb, rəqibin oyun planı barədə şərhlər verib.

Bildirib ki, turnir cədvəlində daha yaxşı pillədə yer alan qonaq komanda üçün növbəti mərhələni təmin etmək adına xal və ya xalların sərf etdiyi matçda Ağdam klubu çətin olsa da, ənənəvi oyun planına sadiq qalmalıdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda