Rumınlar hansı futbolçunu Bakıya gətirmədi? - SİYAHI

23 Yanvar 09:20 Avropa Liqası 1 079
Rumınlar hansı futbolçunu Bakıya gətirmədi? - SİYAHI

Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la qarşılaşacaq FCSB Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, Rumıniya klubu zədədən sonra meydana dönəcəyi gözlənilən Vlad Çiriçeşi ölkəmizə gətirməyib.

VII turun qarşılaşmasına gələn heyətdə 22 futbolçu yer alıb. FCSB turnir üçün sifariş olunmayan və Bakıdakı görüşdə oynamayacaq Lukas Zima, Yuri Çizotti və Aleks Stoyanı da paytaxtımıza gətirib.

Qapıçı: Mihay Udrea, Ştefan Tarnovanu, Lukas Zima;

Müdafiəçilər: Valentin Kretu, Coyskim Dava, David Kiki, Mihay Popesku, Siyabonqa Nqezana, Aleksandru Pantea, Risto Radunoviç;

Yarımmüdafiəçilər: Florin Tanase, Adrian Şut, Malkom Edjouma, Yuri Çisotti , Marius Ştefanesku, Mihay Toma, Aleksandru Baluta, Aleksandru Musi, Baba Alhassan;

Hücumçular: Daniel Birliqea, David Mikulesku, Daniel Popa.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda