"Qarabağ"a qarşı oynamaq bizim üçün çox çətin olacaq"

23 Yanvar 05:00 Avropa Liqası 800
"Qarabağ"a qarşı oynamaq bizim üçün çox çətin olacaq"

Avropa Liqası Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Rumıniya təmsilçisinin baş məşqçisi Elias Xaralambous onları çətin oyunun gözlədiyini bildirib:

“Bizi güclü komanda ilə qarşılaşma gözləyir. “Qarabağ” və onun baş məşqçisi kifayət qədər təcrübəlidir.

Onlara qarşı oynamaq bizim üçün çox çətin olacaq. Heyətimizdə bəzi itkilər var, ona görə də alternativ gedişlər üzərində düşünürük.

Ancaq düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik və bu, oyuna çox təsir etməyəcək".

"Qarabağ" - FKSB qarşılaşması bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda