Rumıniya klubu "Qarabağ"la Bakıdakı oyuna 100-ə yaxın adam gətirəcək

23 Yanvar 01:20 Avropa Liqası 725
Rumıniya klubu "Qarabağ"la Bakıdakı oyuna 100-ə yaxın adam gətirəcək

FCSB-ni Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin oyununda 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Sportinfo.az xəbər verir ki,bu barədə Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, qonaqların bu axşam Bakıya çatacağını bildirib. Rəqib komanda yanvarın 24-də, günorta saatlarında geri dönəcək.

Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda