Lakazette və Matiç bu gün "Qarabağ"a qarşı oynamayacaq?

28 Noyabr 2024 11:00 Avropa Liqası 1 464
Lakazette və Matiç bu gün "Qarabağ"a qarşı oynamayacaq?

“Lion”un baş məşqçisi Pyer Saj Avropa Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"a qarşı Bakıda keçiriləcək oyunla bağlı heyətdə rotasiya edəcək.

Sportinfo.az Fransanın "Le Progres" nəşrinə istinadən xəbər verir ki, Azərbaycana uzun səfəri və sıx qrafiki nəzərə alaraq, mütəxəssis Aleksandr Lakazetteyə istirahət verəcək.

Bununla yanaşı isə, Abner Vinisius və Nemanya Matiçin oyuna start heyətində başlamayacağı, lazım gələcəyi təqdirdə sonradan meydana buraxılacağı ehtimal edilir.

Onların əvəzinə isə Jordan Veretu və Maksansa Kakerinin start heyətində yer alacağı gözlənilir.

“Qarabağ" - "Lion" matçı noyabrın 28-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda