"Bayer"in forvardı Patrik Şik yerli mətbuata açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”a qarşı keçirilmiş cavab görüşündə dubl edərək komandasının qələbəsində önəmli rol oynayan çexiyalı hücumçu bunları deyib:
"Qarabağ”la matçda inanılmaz komanda ruhu nümayiş etdirdik. İkinci qolum təsadüfi deyildi.Son dəqiqələr ilk matçda olduğu kimi çılğın alındı.
Axıra qədər mübarizə aparmalı olduq. “Qarabağ” təriflərə layiqdir:
Bundesliqadakı rəqiblərimizdən tamamilə fərqli üslubda oynayırlar. Bu, işimizi çətinləşdirdi.
Hücumçu kimi meydançaya çıxmaq və həlledici qollar vurmaq mənim üçün inanılmaz dərəcədə faydalıdır.
İndi 1/4 finalı gözləyirik. Növbəti rəqibin kimin olmasının fərqi yoxdur, biz hər kəsə qalib gələ bilərik".