"Əl-ələ verib, daha çox iş görüb, "Qarabağ"a qalib gəlməliyik"

17 Fevral 02:00 Avropa Liqası 510
"Əl-ələ verib, daha çox iş görüb, "Qarabağ"a qalib gəlməliyik"

“Dörd qol buraxdıq və düşünürəm ki, müdafiədə daha yaxşı olmalı idik. Daha çox çalışmalı olduğumuzu bilirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Braqa”nın yarımmüdafiəçisi Vitor Karvalyo oyundan sonra mətbuata açıqlamasında deyib.

O, Avropa Liqası pley-off mərhələsində “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan danışıb:

“İkinci qolu buraxdığımız andan oyunumuzu itirdik, əks-hücumlara məruz qaldıq.

Əl-ələ verib daha çox iş görüb ikinci matçda qalib gəlməliyik. Azarkeşlər bizdən yaxşı çıxışlar, fədakarlıq və mübarizə gözləyir. Bunun üçün də çox çalışmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti