"Bizim üçün çox ağır məğlubiyyətdir".
Sportinfo.az xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib.
Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib
"Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik.
Bu, istədiyimiz nəticə deyil. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür".
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb:
"Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm.
Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik".
Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.