"Bu, son şansımızdır"

27 Oktyabr 2022 09:00 Avropa Liqası 869
"Bu, son şansımızdır"

"Nant" Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində doğma meydanda "Qarabağ"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Fransa klubunun baş məşqçisi Antuan Kombuare açıqlama verib.

59 yaşlı mütəxəssis "Qarabağ"la oyunu finala bərabər hesab edib:

"Qarabağ"la matç əlbəttə ki, bizim üçün finaldır. Bu, ikinci yerə ümid etmək üçün son şansımızdır.

Azarkeşlərə demək istəyirəm ki, bizi dəstəkləməyə davam etsinlər. Onların dəstəyinin çox vacib olduğunu bilirik.

Yaşadığımız unikal bir şeydir. Geri qayıtmağı bilməliyik. "Nitsa" ilə matçdakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm.

Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti qarşılaşmalarda gətirməliyik".

"Nant" - "Qarabağ" qarşılaşması 27 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi