Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”

19 Oktyabr 2022 03:40 Avropa Liqası 1 961
Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”

Çempionlar Liqasında qrup üçüncüsü olan komandalar Avropa Liqasına yuvarlanmaqla bu turnirin iştirakçıları üçün qorxunc rəqib olacaq.

Sportinfo.az xəbər verir ki, bunu “Roma”nın baş məşqçisi Joze Mourinyo iddia edir.

Portuqaliyalı mütəxəssis qrup mərhələsinin IV turunun “Betis”lə görüşündən sonra turnirdəki perspektivlərini dəyərləndirib.

Mourinyo İtaliya təmsilçisi üçün pley-offun ağır keçəcəyini bildirib:

“Pley-off mərhələsi daha çətin olacaq. “Betis”i Avropa Liqasını qazanmağa favorit hesab edirəm.

Amma Çempionlar Liqasının uğursuz köpək balıqları da gələcək. Bu da çox ağır olacaq. Biz qrupda ikinci olmaq istəyirik. Üçüncü olsaq Konfrans Liqasında titulumuzu qorumalı olacağıq”.

Hazırda Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasında qrup ikincisidir.

Hazırkı vəziyyətdə Mourinyonun köpək balığı adlandırdığı Çempionlar Liqasının üçüncüləri isə “Barselona”, “Atletiko”, “Sevilya”, “Yuventus”, “Ayaks”, “Milan”, “Sportinq” və “Şaxtyor”dur.

C qrupunda mübarizə aparan “Roma” 4 xalla öz qrupunda üçüncüdür. “Betis” 10 xalla 1-ci, “Lüdoqorets” 7 xalla 2-ci, HİK 1 xalla sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız