"Düzünü deyim ki, Avropa Liqası xəyalımızdakı turnir deyildi"

4 Sentyabr 2022 02:20 Avropa Liqası 2 121
"Düzünü deyim ki, Avropa Liqası xəyalımızdakı turnir deyildi"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un qapıçısı Tomaş Vatslik açıqlama verib.

Sportinfo.az xəbər verir ki, şəxsi "feysbuk" səhifəsində paylaşım edən çexiyalı qolkiper Azərbaycan təmsilçisi ilə qarşılaşmaq istəmədiyini deyib:

"Düzünü deyim ki, Avropa Liqası xəyalımızdakı turnir deyildi. Amma təsnifat mərhələsi oyunlarında yaşadıqlarımızdan sonra xoşbəxt olmalıyıq.

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim".

"Olimpiakos" Avropa Liqasının G qrupunda "Qarabağ", "Frayburq" və "Nant"la mübarizə aparacaq.

Yunanıstan klubu Ağdam təmsilçisi ilə ilk matçını oktyabrın 6-da evdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?