"Biz kiçik barmağıq" - O, “Qarabağ”ı “Nant”dan daha güclü hesab edir

28 Avqust 2022 09:00 Avropa Liqası 1 272
"Biz kiçik barmağıq" - O, “Qarabağ”ı “Nant”dan daha güclü hesab edir

“Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”, “Frayburq” (Almaniya) və “Olimpiakos”la (Yunanıstan) birgə G qrupunda yer alan Liqa 1 təmsilçisinin çalışdırıcısı bunları söyləyib:

“Bəzi futbolçularımız qrup mərhələsində İtaliyanın “Roma”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları ilə düşməyimizi istəyirdi.

Çətin qrupda yer almışıq. Qrupdakı ən güclü komanda “Olimpiakos”dur. Onlar Yunanıstanda çempion olublar.

“Qarabağ” da həmçinin. Çünki bu komandalar öz ölkələrinin çempionudurlar. Onlar hər il avrokuboklarda oynayırlar.

“Qarabağ” bizdən fərqli olaraq hər il bunu bacarır. Biz isə kiçik barmağıq. Düz xatırlayıramsa, 18-20 ildir, avrokuboklarda çıxış etmirdik.

Avrokuboku yenidən kəşf edəcəyik. Futbol meydanda oynanılır. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik.

Komandanı yaxşılaşdırmağa, daha da güclənməyə çalışacağıq. Bir şey yaxşıdır ki, Avroliqada ilk oyunumuza hələ 10 gün var.

Çalışacağıq ki, inkişaf edək və bu klubların qarşısına yaxşı vəziyyətdə çıxaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı